Azərbaycanda sosial mənzillər layihəsinin yaradılmasının vacib olduğu parlamentdə müzakirəyə çıxarılıb
Azərbaycanda sosial evlər modeli üzrə layihə yaradılmalıdır, biz zamanlar “ASAN xidmət” layihəsi də yaradılmışdı.
Bu haqda Milli Məclisin aprelin 15-də keçirilən iclasında deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə son 10 il ərzində 4 mindən çox vətəndaş sosial ippteka vasitəsilə evlər alıb.
“Hesab edirəm ki, sosial evlər almaq istəyənlər çox olacaq. Bunun üçün məqsədyönlü plan hazırlamaq, maliyyə imkanlarının yaradılmasına diqqət yetirmək lazımdır”- deyən millət vəkili qeyd edib ki, sosial evlər layihəsinə xarici valyuta da cəlb oluna bilər.
O qeyd edib ki, sosial evlər layihəsinin reallaşdırılması həmdə sənaye abyektlərinin Bakıdan kənara köçürülməsini nəzərdə tutur. Deputat həmçinin təklif edib ki, sosial evlərdə arenda haqqı 100 manat və ya ondan az məbləğdə olsun.
1news.az