Aydın Əliyev: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir”- FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aydın Əliyev: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir”- FOTO

18:30 - 15 / 04 / 2016
Aydın Əliyev: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir”- FOTO

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının “Konteynerlərə Nəzarət Proqramının illik hesabatı 2015” birgə nəşrində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə müsahibə dərc olunub.

DGK-nın mətbuat xidmətindən 1news.az verilən məlumata görə, müsahibədə DGK ilə BMT-nin Narkotiklər və Cinayət­karlıq üzrə İdarəsi arasındakı əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını və bu əməkdaşlığın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulayan A. Əliyev qeyd edib ki, Konteynerlərə Nəzarət Proqramı çərçivəsində seminarın təşkilindən tutmuş gömrük məntəqələrinə təlim səfərləri və avadanlıqla təchizata qədər mühüm işlər görülüb.

Nəzərə çatdırılıb ki, Azərbaycan gömrük xidməti BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mərkəzi Asi­ya Regional İdarəsi ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan tərəfi narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə müxtəlif üsullardan istifadə edib ki, bu sırada yüksək riskli malların profilləşdirilməsi, kinoloji xidmət, müxtəlif texniki vasitələr və araşdırma üsulları xüsusilə qeyd olunmalıdır.

Azərbaycan hökuməti Konteynerlərə Nəzarət Proqramının əhəmiyyətini nəzərə alaraq onu təqdir edib və bu proqramın milli gömrük qanunvericiliyinə uyğun olaraq tətbiq edilməsi üzrə DGK-nı milli məsul orqan təyin edib. DGK daim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (Mərkəzi Asiya Regional İdarəsi də daxil olmaqla) dəstəyini hiss edib, vacib alətlər və avadanlıqlar DGK-ya verilib. Qanunsuz dövriyyə ilə mübarizədə mühüm olan təhlükəli materiallar və digər qanunsuz malların sürətli müəyyənləşdirilməsinə yardım etmək məq­sədilə bir çox sahələrdə ixtisaslaşdırılmış təlimlər təşkil olunub. Əlavə olaraq, peşəkarlığı, biliyi, bacarığı artırmaq və yüksələn əməkdaşlığı əlaqələndirmək məqsədilə Vyana, Panama, Rotterdam, Aşqabad, Almatı və Poti limanına təlim səfərləri təşkil edilib, həmçinin Azərbaycanın Bakı və Astara şəhərlərində müxtəlif təlim kursları keçirilib.

A. Əliyev vurğulayıb ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəmizin coğrafi mövqeyi və əlverişli nəqliyyat əlaqələri bu vəzifəni zəruri edir. Narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə 2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı DGK tərəfindən uğurla həyata keçirilir. Gələcək illərdə beynəlxalq təşkilatlarla, digər ölkələrin müvafiq dövlət qurumları, o cümlədən Azərbaycanda bu sahədə fəal olan dövlət orqanları və təşkilatları ilə əməkdaşlığı gücləndirmək üçün planlaşdırılmış prioritetlər Azərbaycan gömrük xidmətinin məlumat mübadiləsini və gömrük əməkdaşlarının peşəkarlığını artıracaq, eləcə də gömrük orqanları üçün potensialın gücləndirilməsi üzrə daha çox tədbirləri qarşıya məqsəd qoyacaq.

1news.az

Paylaş:
709

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər