Elmar Məmmədyarov: “Ermənistan təxribatlar törətməklə, münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güdür” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Ermənistan təxribatlar törətməklə, münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güdür”

20:15 - 15 / 04 / 2016
Elmar Məmmədyarov: “Ermənistan təxribatlar törətməklə, münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güdür”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə E. Məmmədyarov 2 aprel tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, Azərbaycan ordusunun mövqeyini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması haqqında ətraflı məlumat verib, Ermənistanın bu kimi təxribatlar törətmək və vəziyyəti gərginləşdirməklə münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güddüyünü vurğulayıb.

Nazir 5 aprel tarixində Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında atəşkəs haqqında anlaşmaya baxmayaraq, Ermənistan tərəfindən atəşin davam etdirildiyi və bu günlərdə Azərbaycan silahlı qüvvələrinin əsgərinin şəhid olduğunu diqqətə çatdırıb. E. Məmmədyarov bildirib ki, Ermənistanın təhriki ilə 2 aprel tarixindən başlayan gərginlik mövcud “status kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğunu bir daha sübut edib. O, gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və hərbi işğal faktına son qoyulmasının vacibliyini vurğulayıb.

E. Məmmədyarov əlavə edib ki, atəşkəs münaqişənin danışıqlar yolu ilə həlli üçün substantiv prosesin başlanmasına şərait yaratmalıdır. Bu xüsusda, Azərbaycanın münaqişənin tezliklə həllində ən maraqlı tərəf olduğunu deyərək, substantiv danışıqlara hazırlığını ifadə edib.

H. Salber isə baş vermiş gərginliklə əlaqədar narahatlığını ifadə edərək, özünün və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Ermənistan və Azərbaycan tərəfi ilə telefonla danışdığını qeyd edib. O da mövcud “status kvo”nun qəbuledilməz və qeyri-davamlı olduğunu deyərək, münaqişənin həlli üzrə danışıqların vacibliyini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş:
480

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər