Tovuzda evin həyətindən 84 ədəd top mərmisi başlığı aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda evin həyətindən 84 ədəd top mərmisi başlığı aşkar edilib

13:32 - 18 / 04 / 2016
Tovuzda evin həyətindən 84 ədəd top mərmisi başlığı aşkar edilib

Tovuz rayonunda evlərin birinin həyətindən xeyli sayda top mərmisi başlığı tapılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Qədirli kənd sakini Əli Sadıqova məxsus həyətyanı sahəyə baxış zamanı 84 ədəd istifadəyə yararsız top mərmisinin başlıqları aşkar edilib.

Daha sonra başlıqlar ANAMA əməkdaşlarına təhvil verilib.

1news.az

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər