Azərbaycan Malayziyada keçirilən hərbi sənaye sərgisində 220 adda müdafiə təyinatlı məmulatla təmsil olunur | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Malayziyada keçirilən hərbi sənaye sərgisində 220 adda müdafiə təyinatlı məmulatla təmsil olunur

15:34 - 18 / 04 / 2016
Azərbaycan Malayziyada keçirilən hərbi sənaye sərgisində 220 adda müdafiə təyinatlı məmulatla təmsil olunur

Aprelin 18-də Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “DSA-2016”  XV Asiya müdafiə xidmətləri sərgisinin rəsmi açılışı olub.

1news.az-ın məlumatına görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Dünyanın ən böyük beş müdafiə sərgisindən biri olan “DSA-2016”-da  Müdafiə Sənayesi Nazirliyi müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir. 

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə sentyabrda Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

Aprelin 21-dək davam edəcək sərgidə nazir Y.Camalovun  Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

1news.az

 

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər