Vətənpərvərlik dərsi: dünya üzrə azərbaycanlıların orduya dəstək aksiyası necə keçirildi - FOTO
Bu ay azərbaycanlılar bütün dünya üzrə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) dörd gün davam edən hərbi əməliyyatlar zamanı cəbhə bögəsində strateji yüksəklikləri işğaldan azad etmələrinə dəstək məqsədilə aksiya keçiriblər.
Azərbaycan SQ-nin qətiyyət və gücü düşmən zabitinin sözlərinə görə, bu cür silah gücünü onlar daha əvvəl görməyiblər.
Əgər Azərbaycan hərbçilərinin uğuru ermənilər üçün soyuq duş təsiri bağışlayırdısa, o zaman bütün dünyada azərbaycanlılar üçün bu, həmrəylik və qürür üçün səbəbə çevrildi.
Biz, dünyanın bir çox ölkələrindən azərbaycanlı gənclərin təşkil etdiyi fəallığın sübutu olan fotoları diqqətinizə çatdırırıq:
Toronto (Kanada), 11 aprel
Kanadanın Ontario əyalətinin paytaxtı Torontonun mərkəzində erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.
Aksiyada Toronto və onun ətraf rayonlarında yaşayan soydaşlarımız, o cümlədən azərbaycanlı tələbələr və türk icmasının üzvləri iştirak ediblər. Aksiyada “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” kimi şüarlar səsləndirilib, Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulması tələb olunub.
Nyu-York (ABŞ), 1-5 aprel
Ermənilərin 1-5 aprel tarixlərində Dağlıq Qarabağ bölgəsində törətdikləri təxribatlarına qarşı BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları olan türk və Azərbaycan diasporalarının nümayəndələri "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağa Ədalət!", "Ermənistan – işğalçıdır" şüarlar səsləndirilib.
Paris (Fransa), 9 aprel
Aprelin 9-da Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Parisdə Ermənistan səfirliyinin qarşısında erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəfə alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.
Azərbaycan icmasının sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü əllərində terrorçu təşkilat ASALA və PKK-nın bayraqları ilə aksiya yerinə yaxınlaşaraq təxribat törədib.
Onlar aksiya iştirakçılarına qarşı zor tətbiq edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı qazlar atıb. Nəticədə bir neçə aksiya iştirakçısı xəsarət alıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsi ilə hücum edənlərin bir qrupu saxlanılıb.
Berlin (almaniya), 6 aprel
Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya səfəri ilə əlaqədar etiraz etmək üçün Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin fəallarının dəstəyi ilə Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında aksiya keçirilib.
Berlin küçələrində aksiyasi keçirən azərbaycanlılar əllərində “Sarkisyan – terrorist”, “Qarabağ – Azərbaycan torpağıdır” şüarlarla etiraz ediblər.
London ( Böyük Britaniya), 10 aprel
Aprelin 10-da Londonda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrində mülki əhalini hədəfə alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.
Əllərində erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan 300-ə yaxın aksiya iştirakçısı işğalçının cəzalandırılması, azərbaycanlıların soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.
Kiyev (Ukrayna), 8 aprel
Ukraynada fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının təşəbbüsü ilə Kiyevdəki Ermənistan səfirliyi qarşısında toplaşan fəallar “Erməni təcavüzünə son qoyulsun!” şüarı səsləndiriblər.
Kütləvi küçə yürüşünün iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”, “Ermənilər, Qarabağdan rədd olun!” və s. vətənpərvər şüarlar səsləndiriblər. Onlar əllərində Azərbaycan, Ukrayna və ingilis dillərində “Erməni təcavüzü dayandırılsın!”, “Ermənistanın dəstəklənməsi – terrorizmin dəstəklənməsidir!”, “Azərbaycanlıların soyqırımına yox!” , “Mən Qarabağdakı evimə dönmək istəyirəm!” və digər plakatları tutublar. Aksiya iştirakçıları başları üzərinə Azərbaycan, Türkiyə və Ukraynanın dövlət bayraqlarını qaldırıblar.
Kopenhagen (Danimarka), 8 aprel
Danimarkada yaşayan Azərbaycan icmasının üzvləri Ermənistan ordusunun ölkəmizə qarşı həyata keçirdiyi təxribatlara qarşı bu ölkənin Kopenhagendəki səfirliyinin binası önündə etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, habelə beynəlxalq hüququn normalarına məhəl qoymayaraq dinc sakinlərə qarşı aparılan silahlı hücumları pisləyən şüarlarla çıxış ediblər.
Aksiyada Danimarkada yaşayan azərbaycanlılarla yanaşı, Kopenhagendə fəaliyyət göstərən türk və türkmən diasporunun nümayəndələri də iştirak ediblər.
Brüssel (Belçika), 11 aprel
Aprelin 11-də Azərbaycan diasporunun 50-dən artıq nümayəndəsi, ölkəmizin dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq aksiya keçiriblər. Sanksiyalaşdırılmış etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluğu Cəmiyyətinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.
“Sarkisyan – təxribatçı”, “Mülki vətəndaşları hədəfə almağı dayandırın!”, “BMT qətnamələrinə riayət edin – erməni qoşunlarını çıxarın!”, “Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın!”, “Biz Qarabağıq”, “Biz Xocalıyıq” kimi şüarlar səsləndiriblər.
Praqa (Çexiya), 17 aprel
Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.
Sülhməramlı aksiya zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, xüsusilə cari ilin aprel ayının əvvəllərində Ermənistan qoşunlarının təmas xətti boyunca təxribat xarakterli hücumları, Azərbaycan mövqelərinin atəşə tutulması, dinc sakinlərimizin qətlə yetirilməsi haqqında müvafiq məlumat vərəqləri yerli sakinlər və turistlərə paylanılıb.
Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistanqoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.
Aprelin 5-də saat 12:00-dan etibarəntəmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
1news.az