Doha görüşündən sonra Brent neftinin qiyməti 41,35 dollar olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Doha görüşündən sonra Brent neftinin qiyməti 41,35 dollar olub

09:51 - 18 / 04 / 2016
Doha görüşündən sonra Brent neftinin qiyməti 41,35 dollar olub

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,53% azalaraq 38,53 dollar təşkil edib.

1news.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4,06% azalaraq 41,35 dollar olub.

Neftin ucuzlaşmasına OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməməsi olub. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.

Eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.

1news.az

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər