Mingəçevirdə zibillikdən silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə zibillikdən silah-sursat tapılıb

22:28 - 18 / 04 / 2016
Mingəçevirdə zibillikdən silah-sursat tapılıb

Polis əməkdaşları Mingəçevir şəhərindəki zibilliklərin birindən silah-sursat tapıblar.

1news.az-ın verdiyi xəbərə görə. bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindəki məişət tullantıları atılan ərazidən 1 ədəd nömrəsi silinmiş “İJ-18MM” markalı, 1 ədəd “TOZ-8” markalı ov tüfəngləri, 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” markalı tapançaya oxşar silah, 1 ədəd  “F-1” markalı qumbara və 5 ədəd patron tapılıb.

1news.az

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər