Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub - VİDEO

13:07 - 19 / 04 / 2016
Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub - VİDEO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.

 

1news.az

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər