Davudoğlu: "Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlik status-kvonun davam edə bilməyəcəyini göstərir" | 1news.az | Xəbərlər
Siyasət

Davudoğlu: "Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlik status-kvonun davam edə bilməyəcəyini göstərir"

16:34 - 19 / 04 / 2016
Davudoğlu: "Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlik status-kvonun davam edə bilməyəcəyini göstərir"

“Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlikdə çoxlu sayda itkinin olması artıq status-kvonun davam edə bilməyəcəyini göstərir”.

1news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanın atəşkəsi pozmasının təsirlərinin Naxçıvan Muxtar Respublikasına da yayılması narahatlıq üçün səbəbdir: “Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri silahlı təxribatları və atəşkəs pozuntularını dayandırması üçün Ermənistana xəbərdarlıq etməlidir.

ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin sülh yolu ilə həlli səylərinə dəstək verir. Azərbaycanın işğal altındakı ərazilərinin tez bir zamanda azad olunması ilə bağlı Azərbaycana dəstəyimiz də davam edəcək".

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər