Vaqif Dərgahlı: “Azərbaycan döyüş texnikasını təmas xəttinə çıxarmır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Dərgahlı: “Azərbaycan döyüş texnikasını təmas xəttinə çıxarmır”

18:14 - 19 / 04 / 2016
Vaqif Dərgahlı: “Azərbaycan döyüş texnikasını təmas xəttinə çıxarmır”

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya Azərbaycana məxsus tankın vurulması barədə yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-nın sorğusuna cavabında bildirib ki, Azərbaycan əldə olunmuş razılığa ciddi şəkildə əməl edir:

“Azərbaycana məxsus tanklar, o cümlədən digər döyüş texnikası qoşunların təmas xəttinə çıxarılmayıb. Əsgərlərimiz erməniləri o qədər qorxuya salıb ki, hətta özlərinin məhv edilmiş tanklarını Azərbaycan tərəfinin adına çıxırlar.

Biz birmənalı şəkildə bildiririk ki, yayılmış fotoda görünən tank erməni tankıdır və aprelin əvvəllərində aktiv döyüş əməliyyatları keçirilən zaman silahlı qüvvələrimizin bölmələri tərəfindən məhv edilib. Düşmənin bu cür yalan informasiyalar yaymaqda məqsədi ruhdan düşmüş erməni əsgərində yenidən ruh yüksəkliyi yaratmaqdan ibarətdir”.

Qeyd edək ki, Ermənistan mətbuatı qoşunların təmas xəttində Azərbaycana məxsus tankın vurulması barədə məlumat və foto yayıb. Yeni görüntü kimi təqdim olunan foto bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən düşmən tankı kimi mətbuatda yayılıb.

1news.az

 

Paylaş:
739

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər