Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, regionda sülh bir o qədər də tez bərqərar olar” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, regionda sülh bir o qədər də tez bərqərar olar”

20:11 - 19 / 04 / 2016
Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, regionda sülh bir o qədər də tez bərqərar olar”

“Ermənistan rəhbərliyi aprelin əvvəlində qoşunların təmas xəttində törətdiyi uğursuz və məsuliyyətsiz hərbi avantüradan nəticə çıxarmaq və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə təxribatçı əməllərini və müharibə ritorikasını davam etdirməkdədir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində söylədiklərini şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Cəbhə xətti boyunca atəşkəsin Ermənistan tərəfindən pozulmasının intensivləşməsi Ermənistan rejiminin yürütdüyü siyasətin nəticəsidir. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək vəziyyətin daha da gərginləşməsində maraqlı olan Ermənistan rəhbərliyinın çıxışında regionun gələcəyi, Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin normallaşdırılması və davamlı sülh və təhlükəsizliyin təmin olunması barəsində bir dənə olsun belə ifadə yoxdur. Hərbi diktatorlara xas populizm və süni vətənpərvərlik tezisləri ilə Ermənistan rəhbərliyi ölkəsinin gənclərini etnik nifrətə, müharibə və qırğınlara sürükləyir.

Bu vasitə ilə Ermənistan rejimi 70 faizdən artığı yoxsulluq şəraitində olan Ermənistan ictimaiyyətini aldatmaq, uğursuz hərbi avantüraya görə hərbi itkilərdən diqqəti yayındırmaq və cəmiyyətdə tamamilə itirilmiş nüfuz və etimadını bərpa etməyə cəhd edir.

Xocalı soyqırımının törədilməsində və bir milyondan artıq azərbaycalının etnik təmizlənməsində şəxsən iştirak etmiş Ermənistan siyasi-hərbi rəhbərliyinin müharibə cinayətlərindən danışması ikrah doğurur. 90-cı illərin təfəkkürü ilə yaşayan və reallıq hissini itirən Ermənistan rəhbərliyinin aprel ayının əvvəlində mülki Azərbaycan əhalisini hədəfə alaraq, yenidən törətmək niyyətində olduğu müharibə və bəşəriyyət əleyhinə cinayət əməllərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə alındı.

Dəyişən hərbi status-kvonun fonunda Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalı heç vaxt gözlədiyi siyasi nəticəni verə bilməz.

Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü təmin etmək məqsədilə BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh bərqərar olar”.

1news.az

Paylaş:
611

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər