Daxili işlər naziri sıra baxışı keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili işlər naziri sıra baxışı keçirəcək

16:38 - 20 / 04 / 2016
Daxili işlər naziri sıra baxışı keçirəcək

Daxili işlər naziri Ramil Usubov polis orqanlarında işləmək istəyən şəxslərə sıra baxışı keçirəcək.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, may ayının 16-da saat 10:00-da daxili işlər naziri R.Usubov tərəfindən Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə şəhər Baş Polis İdarəsində sıra baxışı keçiriləcək.

1news.az

Paylaş:
971

Son xəbərlər

Bütün xəbərlər