Ağsuda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib – FOTO

17:20 - 20 / 04 / 2016
Ağsuda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib – FOTO

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Ağsu RİH-in İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, idarə, müəssisə və təşkilat rəhbərləri, dini icma sədrləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ə.Seyidəliyev rayondakı dini durum, dövlət və din münasibətləri, milli-mənəvi dəyərlər  barədə ətraflı məlumat verib.

Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi sədrinin birinci müavini S.Salahlı 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi, bununla bağlı ölkədə silsilə tədbirlər keçirilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.

Sədr müavini çıxışında, eyni zamanda dini radikalizm və onun fəsadları, həmçinin, radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi məsələlərinin önəmini xüsusilə vurğulayıb.

Tədbirdə Rayon Təhsil şöbəsinin müdiri Tahir Xası, Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, QMİ-nin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
669

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər