Quba sakini kanalda batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba sakini kanalda batıb

09:47 - 20 / 04 / 2016
Quba sakini kanalda batıb

Quba rayonunda bədbəxt hadisə baş verib.

1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Barlı qəsəbəsi Samur-Dəvəçi kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlayıblar.

Qeyd edək ki, axtarışın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
603

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50
Bütün xəbərlər