Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

09:55 - 20 / 04 / 2016
Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakı şəhərinin Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

1news.az-ın “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri  ilə əlaqədar, 20 aprel 2016-cı il tarixdə  saat  09:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai  rayonunun  M.Hadi, S.Ə.Şirvani, Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun  Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

1news.az

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər