SOCAR nümayəndəsi və Yunanıstan baş naziri arasında görüş baş tutub | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR nümayəndəsi və Yunanıstan baş naziri arasında görüş baş tutub

11:13 - 20 / 04 / 2016
SOCAR nümayəndəsi və Yunanıstan baş naziri arasında görüş baş tutub

"SOCAR Energy Greece SA" şirkətinin baş direktoru Anar Məmmədov Yunanıstan baş nazirinin müavini Yannis Draqasakis ilə görüşüb.

1news.az “Report”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə görülən işlər müzakirə olunub.

Görüşdə mayın 26-27-də Afinada keçirilməsi planlaşdırılan Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın IV iclası barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
919

Son xəbərlər

Bütün xəbərlər