Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidməti beynəlxalq mükafata layiq görülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidməti beynəlxalq mükafata layiq görülüb - FOTO

11:37 - 20 / 04 / 2016
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidməti beynəlxalq mükafata layiq görülüb - FOTO

Beynəlxalq Sosial minat Assosiasiyası (BSTA) və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə İsveçin Stokholm şərində Avropa Regional Sosial minat Forumu keçirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, forumda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin açılış mərasimində BSTA-nın prezidenti Errol Frank Stuve, İsveç Pensiya agentliyinin baş direktoru Katrin Uestlinq Palm və başqaları çıxış edərək, mövcud iqtisadi şəraitdə dayanıqlı sosial təminat sisteminin qorunub saxlanması ilə yanaşı, bu sahədə yeni çağırışlara cavab olaraq investisiya imkanlarının, xidmətlər və inzibati idarəetmə sahəsində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıblar. Daha sonra BSTA Baş katibliyinin Avropa sosial təminat məkanında mövcud vəziyyət və son tendensiyalarla bağlı hazırladığı məruzə təqdim edilib və məruzə əsasında müzakirələr aparılıb. Forumun panel müzakirələrində İsveç, Rusiya, Fransa, Macarıstan, Almaniya, İrlandiya və digər ölkələrin sosial təminat sahəsinə cavabdeh qurumlarının rəsmiləri çıxış ediblər.

Tədbirdə Azərbaycanın sosial təminat sistemində elektron əsaslar üzərində avtomatlaşdırılmış idarəetmə və xidmətlər infrastrukturunun formalaşdırılması sahəsində əldə olunmuş uğurlu təcrübədən də bəhs olunub.

Forumun ilk günündə sosial təminat sistemlərində innovativ yanaşmaların və qabaqcıl texnologiyaların tətbiqi ilə seçilən iş təcrübələrinin mükafatlandırılması mərasimi keçirilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna (Certificate of Merit) layiq görülüb.

Qeyd olunub ki, Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafı istiqamətində islahatların davamı olaraq, 2013-cü ildən Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı həyata keçirilir. Sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına yönələn bu xidmət vətəndaşlarla müvafiq dövlət qurumu arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradıb. Bu sistem istənilən vətəndaşa öz fərdi hesabı barədə məlumat ala bilmək imkanı verib. Vətəndaşlar yaşa görə əmək pensiyası hüququna malik olduqda “190-0 Cağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər bir vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

Üç gün davam edəcək forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin və nümayəndə heyəti üzvlərinin çıxışları da nəzərdə tutulub.

1news.az

Paylaş:
547

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər