Bank Silk Way plastik kartların sahiblərinə xüsusi “SW Club” proqramını təqdim edir - FOTO
Bank Silk Way plastik kartların sahibləri üçün xüsusi olaraq “SW Club” proqramını təqdim edir.
“SW Club” endirimlər təklif edən unikal endirim proqramıdır. Ödənişləri “miles kartları” ilə həyata keçirin - endirimlər əldə edin və çoxlu millər qazanın.
Klubun məqsədi bankın müştərilərinə müxtəlif ticarət, əyləncə və xidmət müəssisələrində endirimlər və güzəştlər təqdim etməkdir.
Siz “SW Club” endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərə satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlığınızın və xarici görünüşünüzün qeydinə qalmaq, səyahət etmək imkanını əldə edəcəksiniz.
Qeyd edək ki, Klubun partnyorlarının sayı daim artır, bu da Klubun etdiyi təkliflərin sayını artırır. Klub sizə şəhərimizin ən yaxşı mağazalarını və müəssisələrini təklif edir.
“SW Club” endirim kartı bank miles kartlarının sahiblərinə hədiyyə olaraq təqdim olunacaq.
Xatırladaq ki, “SW Bank Miles” kartı bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını “Miles” kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır.
Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. https://www.fb.com/swbankmiles.official