Bakıda yağış yağacaq, güclü külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış yağacaq, güclü külək əsəcək

13:51 - 21 / 04 / 2016
Bakıda yağış yağacaq, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 15 dərəcəyədək isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, aprelin 23-24-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişlidir.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər