Sumqayıtda ağır qəza: “Kia” vurdu, yük maşını üstündən keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ağır qəza: “Kia” vurdu, yük maşını üstündən keçdi

14:27 - 21 / 04 / 2016
Sumqayıtda ağır qəza: “Kia” vurdu, yük maşını üstündən keçdi

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 20:00 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Nizami Əliyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurmuş və bu zaman müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçib. Ə.Qasımov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər