Milli Kitabxanada “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Kitabxanada “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı olub

16:00 - 21 / 04 / 2016
Milli Kitabxanada “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı olub

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, təqdimat mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Yetmiş illik sovet rejiminin nəticəsi idi ki, ölkəmizdə kitabxanalarda ermənilər tərəfindən törədilmiş bu hadisələrə aid sənəd tapılmırdı.

Bildirilib ki, xalqımızın başına gətirilən faciələrin tarixini araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyimizi bərpa etdikdən sonra mümkün olub. Alimlərimiz dünya arxivlərindən tapdıqları materiallar əsasında kitablar hazırlayıb. Kərim Tahirov Tarix İnstitutunun tarixi faktlar əsasında bu hadisələrə aid çoxlu sayda kitablar çap etdirməsini yüksək qiymətləndirib.

Qeyd olunub ki, arxiv sənədləri əsasında hazırlanan bu kitabda yer alan materialların əksəriyyəti Tarix İnstitutunun əməkdaşlarının məqalələridir.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xalqımızın XX əsr ərzində dörd dəfə deportasiyaya məruz qaldığını vurğulayaraq bildirib ki, vaxtilə müstəqil dövlətimiz olmadığı üçün bu faktları beynəlxalq ictimaiyyətə çatdıra bilməmişik. Müstəqilliyimizi bərpa etdikdən sonra bu istiqamətdə ciddi işlər görülür. Bu sahədə aparılan elmi tədqiqatlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir. O söyləyib ki, Tarix İnstitutunun apardığı məqsədyönlü iş təqdirəlayiqdir.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov zaman-zaman Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları həyata keçirildiyini bildirib. Qeyd olunub ki, böyük dövlətlərin köməyi ilə qəsbkar ermənilər Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. Bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünülərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci ilin mayında İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Kütləvi soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib.

Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin bu gün də davam etdirildiyini qeyd edən Y.Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb, bədnam qonşularımızın torpaqlarımızda, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi qanlı faciələri xatırladıb.

Y.Mahmudov azərbaycanlılara qarşı törədilən soyqırımları ilə əlaqədar ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, Tarix İnstitutunda bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər reallaşdırılır. Son illərdə institutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımları ilə bağlı materialları əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər.

Azərbaycan Respublikasının hərbi prokurorunun müavini Rasim Kazımov kitabın arxiv sənədləri üzərində aparılmış elmi-tədqiqat işlərinin nəticəsi olaraq ərsəyə gəldiyini söyləyərək bu baxımdan nəşrin böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, kitabın yazılmasında arxiv materialları ilə yanaşı, Hərbi Prokurorluqda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan fotosənədlərdən də istifadə edilib. O, törədilmiş soyqırımı hadisələri ilə əlaqədar aparılan cinayət işlərindən də danışıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatları – Fəzail İbrahimli, Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədov kitabın elmi məqalələrlə yanaşı, arxiv sənədləri, faktlarla da zəngin olduğunu söyləyiblər.

Qeyd edək ki, Tarix İnstitutu elmi şurasının qərarı ilə nəşr olunan kitabın layihə müəllifləri bu elm müəssisəsinin direktoru Y.Mahmudov və Azərbaycan Respublikasının hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevdir.

1news.az

 

 

Paylaş:
585

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər