RAHAT MARKET şəbəkəsinin rəhbəri Azərbaycanda supermarketlərin başlıca problemini izah edib | 1news.az | Xəbərlər
Müsahibə

RAHAT MARKET şəbəkəsinin rəhbəri Azərbaycanda supermarketlərin başlıca problemini izah edib

16:57 - 21 / 04 / 2016
RAHAT MARKET şəbəkəsinin rəhbəri Azərbaycanda supermarketlərin başlıca problemini izah edib

Son günlər Azərbaycanın bir sıra KİV-ində ölkənin iri supermarketlərinin qarşılaşdığı problemlər haqda məlumat verilib. Bununla əlaqədar, bir sıra material və şərhlər vəziyyətə aydınlıq gətirmək əvəzinə oxucuları daha da çaşdırıb. Fərqli rəqəmlər, dəqiq olmayan məlumatlar, nümayəndələrin təhrif olunmuş şərhləri məsələyə daha da mənfi ton verib.

Bunun üçün də biz, iri supermarketlərin əsas probleminin nədən ibarət olması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün bazarın əsas iştirakçılarından biri olan - RAHAT MARKET supermarketlər şəbəkəsinin rəhbəri Cəlal Babakişiyevə müraciət etdik.

Cənab Babakişiyevin sözlərinə görə, RAHAT MARKET mağazalar şəbəkəsinin 10 supermarketinin bağlanmasından sonra bu mövzu daha da fəallaşdı.

“Həqiqətən də biz, daha əvvəllər biznesin optimallaşdırılması ilə bağlı düşünürdük. Lakin dövlət başçısının yanvardakı çıxışından sonra  bu qərarı təxirə salaraq optimallaşdırma planında dəyişiklik etdik və ixtisarlar həyata keçirmədik. Lakin bu – iqtisadiyyatdır. Təəssüflər olsun ki, bizim möhkəmliyimizin ehtiyatı sonsuz deyil. Yeni bazar şərtlərinə uyğunlaşmağa çalışırıq”, - C.Babakişiyev qeyd etdi.

Onun sözlərinə görə, bu, qaçılmaz idi. Belə ki, xərclər artır, istehlakçı səbəti isə azalırdı. Çünki iqtisadi sarsıntılar zamanı əhali də öz xərclərini optimallaşdırmağa çalışır.

“Etiraf edim ki, mağazaların bağlanması ilə əlaqdar verdiyimiz qərar bizə çox çətin oldu. Lakin bu, faktiki olaraq qaçılmaz idi. Belə ki, bir ildir ki, bu mağazalar gəlirliliyini itirmişdi. Hələlik bizim həmin mağazaların toplaya bilmədiklərini digər mağazalar hesabına təzmin etməyə imkanımız vardı. Amma indi, o imkanlar da yoxdur. Əlbəttə ki, həmin mağazaların əməkdaşları ilə vidalaşmağımıza təəssüf edirəm. Ümid edirəm ki, onlar tez bir zamanlada işlə təmin olunacaqlar. Hazırda bir neçə marketimizin fəaliyyətinin yenilənməsilə bağlı plan hazırlayırıq. Təbii ki, bu planlar bazarın reallığını nəzərə alacaq”, - C.Babakişiyev qeyd etdi.

İri pərakəndəçilərin hər hansı bir dövlət orqanına köməklə bağlı müraciət etməsi sualını cavablandırarkən, RAHAT MARKET şəbəkəsinin rəhbəri qeyd etdi ki, bazar nümayəndələrini iqtisadiyyat naziri Şahin Mustafayev qəbul edib.

“İqtisadiyyat Nazirliyinin rəhbərinin diqqətini yüksək qiymətləndiririk və onu anlayırıq. Sirr deyil ki, fəaliyyət sahəmiz istənilən ölkə üçün strateji cəhətdən əhəmiyyətlidir. Belə ki, supermarketlərin istənilən problemi piştaxtalarda əks olunur. Bu da nəticə etibarilə istehlakçılarda, yəni əhalinin ən geniş qatlarında özünü biruzə verir. Görüşdən sonra mən,  demək olar ki, jurnalistlərdən qaçırdım. Hər kəs nəticələri bilmək istəyirdi. Belə deyim, çox məhsuldar görüş oldu. Bu görüşdə biz, bir sıra məsələləri, daha çox vergi tutma ilə bağlı suallara toxunduq. 

Mən bütün həmkarlarım adından cənab nazirə operativ müdaxilə və problemlərimizi həll etmək istəyilə bağlı minnətdarlığımı bildirirəm. Eləcə də, sizə və sizin redaksiyaya əhalini düzgün məlumatlandırmaq, hadisələrin olduğu kimi təqdim etdilməsilə bağlı təşəkkürümü bildirirəm” - RAHAT MARKET şəbəkəsinin rəhbəri dedi. 

Bununla belə, C.Babakişiyev həmkarlarına ruhdan düşməməyə və daha çox səylə çalışmağa çağırıb. Onun sözlərinə görə, hazırda çətinlik yalnız inkişaf etməkdə olan deyil, həmçinin inkişaf etmiş ölkələrdə də hiss olunur. Belə ki, bir sıra çətinliklər qlobal xarakter daşıyır.

“Biz, qlobal sistemə inteqrasiya edilmiş iqtisadiyyat kimi ağır zamanlar yaşayırıq. Bu haqda əlavə danışmağın mənası yoxdur. Ruhdan düşmək lazım deyil, daha çox çalışmaq lazımdır. Baxın, özəl sektorda hansı imkanlar yaradılır. Gömrükdəki islahatlar nələrə dəyər. Həmçinin hesab edirəm ki, vergilərdəki dəyişikliklər kapital dövriyyəsini artıracaq və sərmayələrin cəlb edilməsinə imkan verəcək. Mən daha çox əminəm ki, cənab Prezident tərəfindən irəli sürülən irimiqyaslı təşəbbüslər ciddi effekt verəcək, eyni zamanda xalqımızın maddi rifahının artmasını təmin edəcək. 

Hazırda bu çətin vəziyyətin öhdəsindən gəlmək lazımdır. Belə ki, hamımız qeyri-neft sektorunun inkişafına yatırım etməli və bir sıra məhsul növlərinin idxal əvəzetməsi proqramını stimullaşdırmalıyıq. Əminəm ki, biz, iri pərakəndəçilər bu işə öz töhfəmizi verə biləcəyik. Heç şübhəm yoxdur ki, biz, bu çətin zamanın öhdəsindən layiqincə gələcəyik.

Problemə qayıdan cənab Babakişiyev qeyd edib ki, bir çoxları məsələnin məğzini düzgün təfsir etməyiblər:

“Məndə elə təəssürat yaranır ki, bir çoxları məhz aydınlıq gətirmək istədiyimiz məsələni düzgün anlamayıblar. Yaxın günlərdə məşhur bloggerin sosial şəbəkələrdə paylaşdığı statusla qarşılaşdım və anladım ki, əhalinin nəzərinə kollektiv məktubda əks olunanları çatdırmaq lazımdır. Pərakəndə ticarət əhaliyə məhsul satır ki, burada əlavə dəyər vergisinin (ƏDV) məbləği müəyyən olunur. 

Yəni biz – supermarketlər bu halda vergi agenti olaraq çıxış edirik. Həmin toplanmış (məhsulun son qiyməti) vergini dövlət büdcəsinə ödəyirik. Yəni biz, bu zəncirin – istehsalçı/idxal/məhsul alış-satışı, vergi ödəyənlər və  vergi ödəməyənlərin hamısının əvəzinə bu işi görürük. 

Hazırda biz nə ilə qarşılaşmışıq? Pərakəndə, xüsusilə ərzaq məhsullarının satışı üzrə ixtisaslaşanlar növbəti vəziyyətlə qarşılaşıb. Vergi tutma ilə son dəyişiklikdə mağazaların bütün məhsul dövriyyəsi 18%-lik ƏDV-yə daxildir. Lakin malların əhəmiyyətli payına görə (30%-dən çox məhsul dövriyyəsi) pərakəndə satışların təchizatçılarının ƏDV-nin hesabına qəbul etmək imkanları yoxdur. Belə ki, onlar ƏDV ödəyiciləri hesab olunmur.

Burada yerli kənd təsərrüfatı məhsullarını istehsal edənlər, sahibkarlardır ki, ƏDV ödəyicilər hesab olunmur. Həmçinin vergi orqanları ilə qanuni tərəfdaşlıq razılaşmaları edən bizneslərdir (bunları biz, istifadə edə bilmirik). 

Bununla belə, həmin təchizatçılar məhsullarının ilkin buraxılış qiymətini aşağı salmırlar, bu da məhsula ƏDV tətbiq etməyə imkan vermir. Nəticədə pərakəndə ərzaq satışı mağazaları ya piştaxtalardakı məhsulların üçdə birinə 18% tətbiq etməli, ya da bu adda olan çeşidlərdən imtina etməli olurlar.

Hər iki variant alıcını itirir. Bir tərəfdən indikindən artıq ödəyə bilmir, digər tərəfdən də vergidən yayınaraq kiçik mağazaların kölgəsində itir. Həm birinci, həm də ikinci variantda orta müddətli perspektivdə mağazaların bağlanmasına gətirib çıxarır, həmçinin dövlət büdcəsinə vergi daxilolmalarının aşağı düşməsinə səbəb olur.

Vəziyyətdən çıxış yolunu biz, məhsulun qrupundan asılı olaraq əlavə dəyər vergisi cədvəlinin tətbiqində görürük: 

- Sosial əhəmiyyətli məhsullar (süd, yumurta, ət, çörək və s.) – ƏDV 0%;

- Azərbaycan istehsalı olan gündəlik tələbat məhsulları – ƏDV 10%;

- Qalan məhsullar – ƏDV 18%;

Göstərilən ƏDV cədvəlini əmtəənin bütün sisteminə - sərhəddəki gömrük rüsümundan tutmuş yerli istehsalçılar/vasitəçi/pərakəndə sahibkarların ƏDV-nin hesablanılmasına qədər tətbiq etmək lazımdır.

Əminəm ki, bu təşəbbüs bizim biznes sahəsini canlandırmaqla yanaşı, həmçinin qiymətin aşağı həddə saxlanılması üçün yaxşı alət olacaq. Bu da sosial sahədə müsbət rol oynayaraq qiymət artımının qarşısını alacaq və alıcılarımızın – ölkə vətəndaşlarının marağında olan çeşidlərin ixtisara salınmasına imkan verməyəcək” - C.Babakişiyev sonda qeyd etdi.

1news.az

Paylaş:
46286

Son xəbərlər

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17
Bütün xəbərlər