“Xəzər Mükafatı – 2016” beynəlxalq festivalı öz coğrafiyasını genişləndirir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xəzər Mükafatı – 2016” beynəlxalq festivalı öz coğrafiyasını genişləndirir – FOTO

20:34 - 21 / 04 / 2016
“Xəzər Mükafatı – 2016” beynəlxalq festivalı öz coğrafiyasını genişləndirir – FOTO

Həştərxan Dövlət Filarmoniyasında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdiyi populyar musiqi və rəqs sahəsində gənclər layihəsinin “Xəzər Mükafatı – 2016” beynəlxalq festivalının finalı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildən Həştərxanda keçirilən “Xəzər Mükafatı – 2016” festivalı Xəzəryanı regionun ən əlamətdar mədəni hadisələrindən birinə çevrilib, 2015-ci ildən isə beynəlxalq status qazanıb.

İldən-ilə festival öz coğrafiyasını genişləndirir. Bu il onun iştirakçıları arasında MDB ölkələri olan Moldova və Özbəkistanın nümayəndələri də olub.

Mərasimdə çıxış edən müğənni Korneliya Manqo qeyd edib ki, azərbaycanlı gənclərin təşkil etdiyi bu cür beynəlxalq festivalda iştirak etməyini özü üçün böyük şərəf hesab edir. K.Manqo deyib:

“Özüm əslən Həştərxandanam və mənim üçün doğma şəhərimdə baş verənləri bilmək çox vacibdir. Tez-tez kütləvi informasiya vasitələrində RAGB-nin Həştərxandakı fəaliyyəti barədə xəbərlər oxuyuram və beynəlxalq festivalın hazırlanması və keçirilməsinin yüksək səviyyəsini qeyd etmək istəyirəm. Sözün düzü, öz yerlilərim olan həştərxanlılar üçün qürur duyuram”.

“Xəzər Mükafatı – 2016” festivalında “Hədəf” kompozisiyası ilə Azərbaycanı Dövlət Filarmoniyasının solisti Lətifə Soyuöz təmsil edib. O deyib:

“Həştərxan festival iştirakçılarını çox səmimi qarşılayıb. RAGB-nin sədri Leyla Əliyevaya və təşkilatın Həştərxan vilayət bölməsinin istedadlı komandasına minnətdarlıq etmək istərdim”.

Mükafatlandırma mərasimində Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayət hökumətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev çıxış edib.

Mükafatlar 14 nominasiya üzrə təqdim olunub. Festivalın finalçılarını ekspertlərdən ibarət münsiflər heyəti müəyyən edib. Lakin yekun qərar həştərxanlıların öhdəsinə düşüb: festivalın qalibləri onlayn səsvermənin nəticələri əsasında elan olunub.

Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov və RAGB-nin vilayət bölməsinin sədri Elvin Hüseynov RAGB rəhbəri Leyla Əliyevaya gənclərə verdiyi dəstək, bütün ideyalara və təşəbbüslərə fəal dəstək göstərdiyinə görə minnətdarlıqlarını bildiriblər. Yardım və diqqətinə görə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ünvanına də minnətdarlıq sözləri deyilib.

1news.az

 

Paylaş:
599

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər