Brent nefti 46 dollardan yuxarı qalxıb – YENİLƏNMƏ
Cümə axşamı günü London birjalarında Brent markalı neftin bir bareli 46 dollardan yuxarı, WTI nefti isə bir bareli 44,45 dollara qalxıb.
Neftin qiymətiı ötən çərşənbə günü ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı yaydığı məlumatlardan sonra artmağa başlayıb.
Ötən həftə ərzində ABŞ-ın neft ehtiyatlarının həcmi 2,1 milyon bareldən 538,6 milyon barelə qədər artıb. Analitiklər həcmin daha da artacağını gözləyirdilər. Hasilat sutka ərzində 24 000 azalıb ki, bu da 2014-cü ilin oktyabrından indiyədək ən aşağı həddir.
İnvestorların narahatlığı neft bazarlarında qiymət artımını saxlayır. Ticarət iştirakçıları İraqın neft nazirnin müavini Fəyad əl-Nimanın bəyanatına diqqət yetiriblər. O, bəyanatında qeyd edib ki, neft hasilatçıları Rusiyada may ayında görüşərək hasilatın dondurulması ilə bağlı müzakrələr apara bilər. Daha sonra Rusiyanın energetika naziri Aleksandr Novak bu məlumatı təkzib edib.
vedomosti
9:40
London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.
1news.az Gazeta.ru-ya istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13% artaraq 45,86 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,07% artaraq 44,21 dollar təşkil edib.
1news.az