Rusiya Azərbaycana hərbi helikopterlər satıb | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Azərbaycana hərbi helikopterlər satıb

10:48 - 21 / 04 / 2016
Rusiya Azərbaycana hərbi helikopterlər satıb

Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində “Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb.

1news.az-ın Kommersant.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Rusiya helikopterləri” holdinqinin 2015-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında deyilir.

Hesabatda göstərilir ki, İndoneziya, Banqladeş, Peru, İraq, Şri Lanka və Kuba holdinqdən modifikasiya olunmuş "Mi-171" helikopterləri satın alıb.

Şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu say əvvəlki illə müqayisədə 59 ədəd azdır. Lakin valyuta kurslarının kəskin dəyişməsi və ixrac sifarişləri ilə bağlı holding gəlirlərini 50 milyard rubl, xalis gəlirini isə iki dəfə artıra bilib.

Mövzu ilə əlaqdar oxuyun:

Müdafiə Nazirliyi: Müasir silah və texnika alınması üçün bu günlərdə külli miqdarda maliyyə vəsaiti ayrılacaq

1news.az

 

Paylaş:
2861

Son xəbərlər

Bütün xəbərlər