Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

23:52 - 21 / 04 / 2016
Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında mövcud əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi və genişləndirilməsinə inam ifadə edilib.

V.Sadıqov BQXK-nın bütün dünyada, eləcə də Azərbaycanda apardığı humanitar işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, təşkilatın Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. O, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyinin təqdirəlayiq olduğunu vurğulayıb, buna görə təşəkkürünü bildirib.

P.Maurer Azərbaycan ilə BQXQ arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Təmsil etdiyi təşkilatın Ermənistan əsirliyində olan şəxslərin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə ümidvar olduğunu söyləyib.

1news.az

 

Paylaş:
676

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər