Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “SkyTG24” kanalına və "Libero" qəzetində çıxış edib - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “SkyTG24” kanalına və "Libero" qəzetində çıxış edib - VİDEO

16:27 - 22 / 04 / 2016
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “SkyTG24” kanalına və "Libero" qəzetində çıxış edib - VİDEO

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 21 aprel tarixində “SkyTG24” kanalının jurnalisti xanım Monika Peruzziyə müsahibə verib

1news.az xəbər verir ki, müsahibədə səfir M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, doğurduğu ağır nəticələr, həyata keçirdiyi etnik təmizləmə siyasəti və münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat verib. Müsahibə zamanı təmas xəttindəki son gərginlik vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulmuş ziyanı əks etdirən kadrlar nümayiş etdirilib.

Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryanın İtaliyanın “Libero” qəzetində münaqişə və təmas xəttində son vəziyyətlə bağlı yalan məlumatlara əsaslanan müsahibəsinə cavab olaraq həmin qəzetin 16 aprel tarixli çap versiyasında səfir M.Əhmədzadənin “Həqiqi cinayətləri ermənilər törədir” adlı məktubu bəzi ixtisarlarla dərc olunub. Yazıda M.Əhmədzadə erməni səfirinin yalan məlumatlarını ifşa edərək münaqişə və təmas xəttindəki son vəziyyətlə əlaqədar həqiqətlər haqda məlumat verib, habelə Azərbaycanın multikulturalizm modeli, bunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, bu xüsusda 25-27 aprel tarixlərində Azərbaycanın BMT Sivilizasiyalarası Alyansı Qlobal Forumuna ev sahibliyi edəcəyi barədə məlumat verib. M.Əhmədzadə bildirib ki, yaxşı olardı ki, erməni səfiri nə səbəbdən münaqişə vaxtı azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər törətmiş Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA erməni terrorçu təşkilatının üzvlərinin vuruşduğuna, eyni zamanda Ermənistanın 20 ildən artıq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxladığına və bu ərazilərdən bütün azərbaycanlı əhalini didərgin saldığına aydınlıq gətirsin. (Məqalə əlavə olunur)

Aidiyyəti mövzuda Səfirliyin yaydığı mətbuat açıqlaması 21 aprel tarixində İtaliyanın “Il Primato Nazionale” analitik-informasiya portalında da yerləşdirilib (http://www.ilprimatonazionale.it/esteri/la-voce-dellambasciata-dellazerbaijan-43805/).

1news.az

Paylaş:
1451

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər