Avropa Parlamentində müzakirələrdə çıxış etmək üçün ilk dəfə azərbaycanlı mütəxəssis dəvət olunub | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentində müzakirələrdə çıxış etmək üçün ilk dəfə azərbaycanlı mütəxəssis dəvət olunub

18:29 - 22 / 04 / 2016
Avropa Parlamentində müzakirələrdə çıxış etmək üçün ilk dəfə azərbaycanlı mütəxəssis dəvət olunub

Brüsseldə Avropa Parlamentinin (AP) xarici əlaqələr komitəsinin AP daxilində təhlükəsizlik məsələlərinin müzakirə edildiyi əsas platforma olan müdafiə və təhlükəsizlik alt komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iclas çərçivəsində Avropanın şərq və cənub qonşuluğunda İŞİD ilə mübarizəyə dair dinləmələr keçirilib və bu mövzuda ekspert qismində cənub qonşuluğuna dair Avropa İttifaqının ən mötəbər “beyin mərkəz”lərindən olan Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı xanım Florans Qaub, şərq qonşuluğuna dair isə ADA Universitetinin prorektoru Anar Vəliyev AP üzvləri qarşısında çıxış ediblər. Bu cür dinləmələrdə çıxış etmək üçün ilk dəfədir ki, Azərbaycandan mütəxəssis dəvət olunur.

Florans Qaub İŞİD ilə mübarizədə strateji qələbənin hələ uzaqda olduğunu, ərazilərin qaytarıla biləcəyini, lakin ideya və insan şəbəkəsi mövcudluğunun ən azından virtual olaraq qorunub saxlanacağını və elə bu səbəbdən də bu sahədə kompleks tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. O Liviya, Misirin Sinay yarımadası, İraq, Suriyada və hətta aşağı düşən neft qiymətləri fonunda Əlcəzairdə də iqtisadi vəziyyətin pisləşməkdə davam etdiyini və beləliklə, işsiz gənclərin silahlı birləşmələrə qoşulma riskinin artdığını nəzərə çatdırıb. Tədqiqatçı xanım hesab edir ki, İŞİD terror aktları törətmək üçün Avropaya qayıdan keçmiş döyüşçülərdən istifadə edir. Çünki bu terror aktları o qədər də böyük maliyyə xərci tələb etmir və hətta partlayıcıların hazırlanması mağazalarda satılan istehlak mallarındakı kimyəvi maddələrin hesabına ərsəyə gələ bilər.

Daha sonra çıxış edən Anar Vəliyev bildirib ki, Ermənistan monoetnik ölkə olduğundan Cənubi Qafqazda İŞİD ilə mübarizə kontekstində Azərbaycan və Gürcüstana diqqət yetirmək lazımdır. Hər iki ölkədə Suriya və İraqda döyüşəcək qədər radikallaşmış şəxslərin sayı faiz nisbətində bütün müsəlmanların çox cüzi hissəsini təşkil edir. Həmçinin Azərbaycan və Gürcüstanın Türkiyənin qonşuluğunda yerləşməsi səbəbindən İŞİD-in daha çox Suriya və İraqda döyüşəcək şəxslərin tranziti üçün bu iki ölkədən istifadə etdiyini, bu tranzit yolun İŞİD tərəfindən həm də əksinə istifadə oluna biləcəyini vurğulayıb. O, Suriya və İraqda radikal döyüşçülərin Avropaya yollanmasının Azərbaycan və Gürcüstan üzərindən baş tuta biləcəyi, hər iki halda Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü və bu fəaliyyətin yalnız ölkə daxilində deyil, həmçinin Avropada da terror aktlarının qarşısının alınmasında əhəmiyyətli rol oynaya biləcəyini bildirib.

Çıxışının sonunda azərbaycanlı mütəxəssis deyib ki, çoxları yanlış olaraq İŞİD-i Əl-Qaidənin varisi hesab edir. Lakin unutmayaq ki, indiyə qədər Əl-Qaidə yalnız terror aktları ilə kifayətlənirdisə, İŞİD daha da irəli gedərək əraziləri tutmağa başlayıb və elə bu səbəbdən İŞİD ilə mübarizədə yeni və hərtərəfli üsullardan istifadə olunmalıdır.

Daha sonra alt komitənin bir neçə üzvü çıxış edib və mövzu ilə bağlı mövqelərini bildiriblər.

1news.az

Paylaş:
568

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər