AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

19:18 - 22 / 04 / 2016
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyun ayında Azərbaycana səfər edəcəklər.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.

Onun sözlərinə görə, digər həmməruzəçi - rumınıyalı deputat Sezar Preda ilə gerçəkləşdirəcəyi səfər Azərbaycanda bir dairə üzrə keçiriləcək seçkilərlə əlaqədardır:

“Azərbaycanda bir seçki dairəsi üzrə seçkilər iyunun 18-də keçiriləcək və biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik”.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər