Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Antalya Ekspo 2016” da Azərbaycan milli pavilyonu açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Antalya Ekspo 2016” da Azərbaycan milli pavilyonu açılıb - FOTO

11:39 - 23 / 04 / 2016
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Antalya Ekspo 2016” da  Azərbaycan milli pavilyonu açılıb - FOTO

Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin (İnternational Horticultural Exposition) rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sərgidə təxminən 2 min kivadratmetr ərazini əhatə edən Azərbaycan milli pavilyonu qurulub.

Çox sayda xarici qonağın, Türkiyədə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini, Azərbaycanın “Antalya Ekspo 2016”dakı milli pavilyonu üzrə layihənin rəhbəri Adil Kərimli, kənd təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovdan ibarət Azərbaycan nümayəndə heyəti də təmsil olunub.

Mərasim Türkiyənin dövlət himninin səslənməsi ilə başlanıb.

Sonra iştirakçı tərəflərin dövlət bayraqları salona gətirilib.

Azərbaycanın dövlət bayrağı böyük çoşqu və hərarətli alqışlarla qarşılanıb.

Sərginin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri, “Antalya Ekspo 2016”nın təşkilat komitəsinin başçısı Faruk Çelik, Beynəlxalq Bağçılıq İstehsalçıları Assosiasiyasının (AIPH-International Association of Horticultural Producers) rəhbəri Bernard Oosterom və Beynəlxalq Sərgi Bürosunun (BIE-Bureau International des Expositions) baş katibi Vincente Loscertalesin çıxışları olub.

Çıxışlarda “Antalya Ekspo 2016”nın əhəmiyyətindən və sərginin rəngarəngliyindən bəhs edilib. Diqqətə çatdırılıb ki, 53 ölkə və bir neçə beynəlxalq təşkilatın təmsil olunduğu “Antalya Ekspo 2016” iştirakçıların sayına görə görə 1990-cı ildə Yaponiyanın Otaka şəhərində keçirilmiş “Ekspo”dan sonra ikinci olub.

Sonra möhtəşəm atəşfəşanlıq və bədii hissə olub.

Türkiyənin dövlət başçısı və qonaqlar sərginin ərazisini gəziblər.

“Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.

Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiətinin gözəlliklərinin təqdimat forması ilə seçilir.

Ziyarətçilər burada qiyabi də olsa Azərbaycanın təbiətinə səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər. Milli pavilyonda Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgi də təqdim edilir.

Pavilyondakı “Təbiətin rəngləri” sərgisində bir tərəfdən Azərbaycanın gözəl təbiətinin yaratdığı imkanlar, digər tərəfdən incəsənəti tərənnüm olunur. Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bu günündən bəhs edilir.

Xalçaçılığın müasir dövrümüzədək Azərbaycanda dekorativ-tətbiqi sənətin ən mühüm sahəsi olaraq tanındığı, bol boya qaynaqlarının Azərbaycanda xalçaçılıq sənətinin inkişafının ən mühüm amillərindən biri olmasından bəhs edilir. Qədim dövrlərdən indiyədək Azərbaycanda bitki və təbii mineral mənşəli boya çeşidlərindən istifadə olunur. Bir çox yerli bitki və ağac növlərinin kökləri, soyulmuş qabıqları, meyvələri və yarpaqlarından təbii və davamlı boya əldə etmək mümkündür.

Sərgidə Azərbaycan xalçalarının zərif naxışları, nəfis Azərbaycan xalılarının rəsmləri olan orta əsrlər Avropa rəssamlarının əsərlərini nümayiş etdirən multimedia layihəsi, Azərbaycan Xalça Muzeyinin eksponatları, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, eyni zamanda müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur.

Oktyabrın 30-dək davam edəcək “Antalya Ekspo” çərçivəsində bir sıra beynəlxalq konqres, toplantı və seminarların təşkili planlaşdırılır.

Azərbaycan “Ekspo” Ümumdünya sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub. Həmin sərgidə milli pavilyon Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərib.

Qeyd edək ki, “Ekspo” sərgisi ilk dəfə olaraq 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.

1news.az

Paylaş:
611

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər