Xəzərdə yanğın baş vermiş Rusiya tankeri Bakıya gətirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə yanğın baş vermiş Rusiya tankeri Bakıya gətirilir

23:00 - 23 / 04 / 2016
Xəzərdə yanğın baş vermiş Rusiya tankeri Bakıya gətirilir

Xəzər dənizində yanğın baş vermiş Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankeri Bakıya gətirilir. 

Bu barədəFövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan FHN-nin “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri Rusiya  bayrağı altında üzən “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.

1news.az

19:25

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın tam söndürülüb. 

APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.

Məlumata əsasən, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə üzən tankerdə yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub. Dərhal FHN və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

1news.az

12:59

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.

Hadisə nəticəsində bir nəfər vəfat edib.

1news.az

Paylaş:
865

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər