İmişlidə ağır qəza: sürücülər öldü, sərnişinlər xəsarət aldılar | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə ağır qəza: sürücülər öldü, sərnişinlər xəsarət aldılar

14:08 - 25 / 04 / 2016
İmişlidə ağır qəza: sürücülər öldü, sərnişinlər xəsarət aldılar

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə aprelin 23-də saat 18:00 radələrində sözügedən rayonun Xəlfəli kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Rabil Musayevin idarə etdiyi “Mercedes” və Beyləqan rayon sakini Məhəmməd Vəliyevin idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü hadisə yerində ölüb, M.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər