Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

1news Redaksiyası16:41 - 25 / 04 / 2016
Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 29-da Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da Qəbələ şəhəri Mədəniyyət Mərkəzində başlayacaq qəbulda Qəbələ ilə yanaşı Oğuz və Şəki rayon sakinləri də iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər