Fərhad Hacıyev: "Azərbaycan hökuməti gənclərin multikultural dəyərlər əsasında formalaşmasına böyük önəm verir"- FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Hacıyev: "Azərbaycan hökuməti gənclərin multikultural dəyərlər əsasında formalaşmasına böyük önəm verir"- FOTO

18:51 - 25 / 04 / 2016
Fərhad Hacıyev: "Azərbaycan hökuməti gənclərin multikultural dəyərlər əsasında formalaşmasına böyük önəm verir"- FOTO

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantılarının yekunları “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda tədbirdə geniş müzakirə olunub.

Gənclər Fondundan 1news.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında Azərbaycanın müharibə ilə üzləşdiyini, ərazilərinin 20 faizinin işğal olunduğunu və bu ərazilərin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan hökumətinin gənclərin multikultural dəyərlər əsasında formalaşmasına, sülhməramlı tədbirlərdə fəal iştirak etmələrinə hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Bakının artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli məkan olduğunu söyləyən F. Hacıyev, ölkədə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası dəyərlərə necə böyük önəm verməsinin təzahürü kimi dəyərləndirərək deyib: “Bizim gənclərimiz ölkəmizi, regionumuzu daha da çiçəkləndirməyə çalışırlar. Biz gənclərin ideyalarının reallaşması işinə böyük önəm veririk. Fondumuz gənclərin fərdi layihələrinin həyata keçirilməsinə çalışır. Azərbaycanın gəncləri kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına, layihələrimizdə davamlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq”.

1news.az

Paylaş:
537

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər