IDEA Yer Gününü gənclərlə birgə qeyd edib- FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA Yer Gününü gənclərlə birgə qeyd edib- FOTO

19:41 - 25 / 04 / 2016
IDEA Yer Gününü gənclərlə birgə qeyd edib- FOTO

IDEA İctimai Birliyi Beynəlxalq Yer Günü ilə əlaqədar təlim keçirib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində keçirilən təlimdə ətraf mühit, ekologiya və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40 nəfərə yaxın gənc iştirak edib.

Təlimin nəzəri hissəsində ağac və kol bitkilərinin, müxtəlif növ güllərin düzgün əkilmə qaydaları, ağacların calaq edilməsi və təhlükəsiz qaydada budanması, gübrələmə prosesi ilə bağlı məlumatlar verilib. Yekunda mövzu ətrafında müzakirələr aparılıb.

Praktiki hissədə iştirakçıların Zirə Mədəniyyət Mərkəzindəki Ekoparka, həmçinin Quş parkına infoturu təşkil olunub. Daha sonra gənclərlə birgə Ekoparkın ərazisində ağaclar və müxtəlif güllər əkilib, yaşıllıqlara qulluq göstərilib.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək məqsədilə hər ay təlimlər, seminarlar və kurslar təşkil edir.

1news.az

Paylaş:
485

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər