BİTK – sərfəli qiymət-keyfiyyətli təhsil - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BİTK – sərfəli qiymət-keyfiyyətli təhsil - FOTO

10:00 - 25 / 04 / 2016
BİTK – sərfəli qiymət-keyfiyyətli təhsil - FOTO

Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) 2016/2017-ci tədris ili üçün məktəbəqədər hazırlıq və orta məktəb təhsili üçün sənəd qəbulu elan edir.

BİTK-ə qeydiyyat  14 may 2016-cı ilədək davam edəcək. Qəbul imtahanı mayın 14-də saat 10:00-da BİTK-də keçiriləcək. Ətraflı məlumat almaq və onlayn qeydiyyat üçün BİTK-in internet səhifəsindən (btec.az) istifadə etmək mümkündür.

Eləcə də, valideyn öz şəxsiyyət vəsiqəsi və övladının şəxsiyyət vəsiqəsini məktəbin qəbul komissiyasına təqdim etməklə qeydiyyatdan keçə bilər.

BİTK-ə qəbul aşağıdakı yaş qrupları üzrə aparılır:

- Məktəbəqədər hazırlıq bölməsi (3-5 yaş)

- İbtidai sinif (5-11 yaş) - 1-6-cı siniflər

- Yuxarı sinif (11-18 yaş) - 7-11-ci siniflər.

Ətraflı məlumat üçün BİTK-in saytına (btec.az) və aşağıdakı əlaqə nömrələrinə (bazar ertəsi-cümə günləri, saat 7:30-dan 16:30-dək) müraciət edə bilərsiniz:

Tel:+ 99 412 521-00-00 (daxili: 48-567)

Mob: +99 450 257-50-13

Mob: + 99 450 257-50-11

Email: [email protected]

Məlumat üçün qeyd edək ki, BİTK SOCAR-ın maliyyə dəstəyi ilə yaradılmış  Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM) təsis etdiyi və maliyyələşdirdiyi layihələrdən biridir. Artıq 4 tədris ili ərzində uğurlu fəaliyyət yolu keçmiş BİTK-in əsas məqsədi şagirdləri keyfiyyətli təhsillə təmin etməkdir və bunun üçün kompleksdə bütün imkanlar yaradılıb. BİTK Britaniya kurrikulumu və bir çox beynəlxalq sertifikatlara malik proqramı ilə övladınızın təhsil ehtiyaclarını təmin edir. Şagirdlərimiz Britaniya kurrikulumunun tələb etdiyi və ingilis dilində tədris olunan bütün fənnlərlə yanaşı, Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası fənnlərini də Azərbaycan dilində tədris olunur. Dərslər xüsusi seçilmiş əcnəbi və yerli müəllimlər tərəfindən tədris olunur. Cari ilin iyul ayından etibarən 10-a yaxın azərbaycanlı müəllimimiz Britaniyanın Notinqem Univeristetində beynəlxalq ixtisaslı dərəcə almaq və tədris keyfiyyətlərini (PGCEi) artırmaq üçün təlim alacaq. Bu da öz növbəsində BİTK-də təhsilin keyfiyyətinə müsbət təsir edəcək. Fəaliyyətdə olduğu dövr ərzində BİTK Britaniya Məktəblər Şurası (COBIS), Cambridge International Examinations, Edexcel, ECIS kimi qurumların  sertifikatlarına layiq görülüb.

BİTK təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir. Qısa zaman ərzində ölkəmizin aparıcı beynəlxalq məktəblərindən birinə çevrilmiş BİTK-də yeni tədris ilində təhsilin elektron idarəetmə sistemi istifadəyə veriləcək. Bu sistem vasitəsilə valideyn-müəllim-administrasiya-şagird əlaqələri, təhsilə nəzarət keyfiyyətcə yeni mərhələyə yüksələcəkdir.

20162017-ci tədris ilindən etibarən SOCAR, əvvəllər bəyan etdiyi prinsiplərə uyğun olaraq istedadlı şagirdlərin təhsilini tam və ya qismən maliyyələşdirməyi öz öhdəsinə götürür. Bu o deməkdir ki, Kompleksin tədris prosesində yüksək nəticələr əldə edən şagirdlərin təhsil haqlarının ödənilməsi üçün 100%, 70%, 50%, 40% və 20% həcmində təqaüdlər SOCAR tərəfindən ödəniləcəkdir. Təqaüdün verilməsi müstəqil beynəlxalq qiymətləndirmənin və daxili qiymətləndirməyə əsasən həyata keçiriləcək.

BİTK beynəlxalq standartlara cavab verən zəngin  kitabxana, sinif otaqları, kompüter otaqları, laboratoriyalar, tibb məntəqəsi, geniş teatr və musiqi zalı, yeməkxana, üzgüçülük hovuzu, idman meydançaları ilə övladınıza keyfiyyəti  təhsil verməklə yanaşı, daim valideyn məmnuniyyətini və maraqlarını nəzərə alıb.

BİTK “Sərfəli qiymət-Keyfiyyətli təhsil” şüarı ilə bundan sonra da Azərbaycanın gələcəyi olan övladlarınızın xidmətində durmaqdan qürur duyur.

 

Paylaş:
1675

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17
Bütün xəbərlər