ABŞ dövlət katibi Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

23:31 - 25 / 04 / 2016
ABŞ dövlət katibi Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

 "ABŞ dövlət katibi Con Kerri  Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”.

 1news.az RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Danışıqlar zamanı onlar Dağlıq Qarabağ münaqişəsində tərəflərin (Azərbaycan və Ermənistanın) atəşkəsə ciddi riayət etmələrinin və hərtərəfli nizamlanma üzrə danışıqların başlanmasının vacibliyini müzakirə ediblər”, - deyə Kirbi brifinq zamanı bildirib.  

Con Kerri həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edib. 

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər