BMT-nin Sivilizasiyalar Alyansına həsr olunmuş kitabın təqdimatı olub-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT-nin Sivilizasiyalar Alyansına həsr olunmuş kitabın təqdimatı olub-FOTO

01:00 - 26 / 04 / 2016
BMT-nin Sivilizasiyalar Alyansına həsr olunmuş kitabın təqdimatı olub-FOTO

Aprelin 25-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) Gənclər Forumu çərçivəsində Alyansa həsr olunmuş “Me, We, Us” (Mən, biz, bizə) kitabının təqdimat mərasimi keçirilib.

1news.az xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Forumun Bakıda keçirilməsinə verdikləri dəstəyə görə BMT-nin Sivilizasiyalar Alyansına təşəkkür edib.

Ölkəmizin mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyini deyən nazir, bu sahədə görülən işlərdən birinin də adıçəkilən kitabın hazırlanması olduğunu vurğulayıb. Bildirib ki, kitabın hazırlanması Azərbaycan Prezidenti və Sivilizasiyalar Alyansının rəhbərliyi tərəfindən dəstəklənib. Kitabda mədəniyyətlərin sülh içində birgə yaşayışını, qarşılıqlı anlaşmanı nəzərdə tutan ideyalar və yanaşmalar yer alıb. Bakının çox sayda tədbirlərə ev sahibliyi etdiyini deyən Ə. Qarayev bu ənənənin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu əlavə edib.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir müasir dünyada sivilizasiyalararası toqquşmaların çox ciddi problemlər yaratdığını diqqətə çatdırıb. Ali nümayəndə deyib ki, Sivilizasiyalar Alyansının əsas məqsədi müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşamasını təşviq etməkdir. Kitabın mədəniyyətlərarası dialoqu təbliğ etmək baxımından çox dəyərli olduğunu deyən Nasir Əbdüləziz Əl-Nasir, eyni zamanda, bunun Azərbaycan və Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

1news.az

 

Paylaş:
620

Son xəbərlər

Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21
Bütün xəbərlər