İspaniyanın XİN rəhbəri: “Ektremizmlə mübarizə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən mənəvi borc kimi qəbul edilməlidir”
İspaniyanın xarici işlər naziri Manuel Qarsia-Marqalo öz çıxışında ekstremizm, radikalizm və terror təhlükəsinə toxunub. O, bəyan edib ki, ektremizmlə mübarizə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən mənəvi borc kimi qəbul edilməlidir:
“Bu gün dünya nəhəng problem olan qlobal terrorçuluqla qarşılaşıb. Bu problem o qədər geniş vüsət alıb ki, heç bir region onunla təkbaşına mübarizə apara bilmir”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda İspaniyanın xarici işlər naziri Manuel Qarsia-Marqalo çərşənbə axşamı Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxışında bildirib.
Qarsia-Marqalo həmçinin tolerantlıq üzrə komitə yaratmaq təklifini də irəli sürüb:
“Terrorun qurbanı olmuş gənclər dünyadakı sülh və tolerantlıqla bağlı maarifləndirilməlidirlər. Bunun üçün də sosial şəbəkə, videoçarxların olduğu xüsusi platforma yaradılmalıdır”.
İspan nazirin sözlərinə görə, media müxtəlif mədəniyyət və dinlərin təbliğatında vacib rol oynamalıdır. Telekanallar isə birbaşa olaraq terror qurbanlarını təbliğ etməlidir:
Qarsia-Marqalo həmçinin Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsilə Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Nazirin sözlərinə görə, alət olaraq BMT Forumu müxtəlif icmaların arasında ziddiyyətlərin aradan qaldırılmasına öz töhfəsini verəcək.
1news.az