Ekspert: “Xədicə İsmayılova ilə ermənilərin vəkili Amal Kluninin tandemi – antiazərbaycan piar aksiyası” | 1news.az | Xəbərlər
Siyasət

Ekspert: “Xədicə İsmayılova ilə ermənilərin vəkili Amal Kluninin tandemi – antiazərbaycan piar aksiyası”

18:42 - 26 / 04 / 2016
Ekspert: “Xədicə İsmayılova ilə ermənilərin vəkili Amal Kluninin tandemi – antiazərbaycan piar aksiyası”

Amal Kluninin İnsan Haqları üzrə Avropa Məhkəməsində “Doğu Perinçek İsveçrəyə qarşı” işində uğursuzluğundan sonra məntiqi olaraq düşünmək olar ki, bundan sonra o, siyasi proseslərə qoşulmayacaq, lakin əslində iş başqa cür alındı.

Bunu 1news.az-a azərbaycanlı tarixçi-araşdırmaçı, AMEA-nın İnsan Hüquqları üzrə eksperti Rizvan Hüseynov bəyan edib.

“Görünür, bu uğursuzun istifadə olunması üçün erməni diasporunun növbəti qurğusu var”, - o, bildirdi.

Xatırladaq ki, A.Kluni Avropa İnsan Haqları Məhkəməsində Xədicə İsmayılovanı müdafiə edəcəyini bir daha təsdiq edib. Kluninin sözlərinə görə, o, Makkeynlə görəşəcək və məhz buna görə o, ABŞ-da qalaraq İrəvana “erməni soyqırımını” qeyd etmək üçün Ermənistanda keçirilən tədbirdə iştirak səfərindən imtina edib.

İrəvana onun əvəzinə həyat yoldaşı – məşhur aktyor Corc Kluni gedib. Orada o, Serj Sarkisyanla birgə soyqırımı abidəsinə gedib və bir sıra tədbirlərdə iştirak edib.

“Məsələ burasındadır ki, onu maliyyələşdirən erməni çevrələri məhz bu qalmqallı şəxsiyyəti istifadə etmək istəyirlər. Sağlam düşünsək, Xədicə İsmayılovaya Amal Klunidən heç bir fayda olmayacaq, əksinə bu, onun imicinə xələl gətirəcək”, - o bildirib.

“Klunini vəkil olaraq qəbul edənlər bunu Xədicə İsmayılovaya kömək məqsədilə etməyiblər. Aydındır ki, bu cür şəxslərin azadlığa buraxılması birbaşa olaraq Azərbaycanın ədliyyə idarəsindən asılıdır”, - deyərək o, bu cür proseslərin Azərbaycanın mövqeyinə təsir göstərə bilməyəcəyini bildirib.  

R.Hüseynovun fikrincə, Kluni kimi qərəzli şəxslərin cəlb edilməsi – növbəti şou, antiazərbaycan piarıdır ki, bunun da xəbəri yaxın zamanlarda məlum olacaq.

“A.Kluninin senator Makkeynlə X.İsmayılova ilə bağlı görüşü haqda məlumata gəlincə, bu, erməni lobbisinin Azərbaycan haqqında mənfi təsəvvür yaratmaqla bağlı niyyətidir. Məlumdur ki, senator Azərbaycana qarşı yaxşı fikirdədir. Bu, çoxyollu oyundur ki, məqsədi Azərbaycanın, eləcə də ABŞ-ın maraqlarına mənfi təsirlə göstərməkdir”, - o, dedi.

Qeyd edək ki, britaniyalı vəkil Amal Kluni BBC-yə müsahibəsində 7.5 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Xədicə İsmayılı müdafiə etmək niyyətində olduğunu təsdiq edib.

A.Kluninin sözlərinə görə, o məsələnin İnsan Haqları üzrə Avropa Məhkəməsində həllinə çalışacaq.

Xədicə İsmayılın işi ilə bağlı Vaşinqtonda danışıqlar aparan A.Kluninin əri hollivud aktyoru Corc Kluni “erməni soyqırımının” ildönümünü qeyd etmək üçün Ermənistanda keçirilən tədbirdə iştirak edib.

“O, bu gün Ağ Evdə senator Makkeynlə görəşəcək və “Azadlıq” radiosunun müxbiri,Bakıda həbs olunan Xədicə İsmayılovanı təmsil edəcək. Məhz buna görə o, ABŞ-da qalıb”- deyə, Kluni  Armenia telekanalına müsahibəsində deyib.

 “Doğrusunu desək, o çox təəssüf edir ki, gələ bilməyib, cünki daha əvvəl biz birlikdə gələcəyimizi planlaşdırmışdıq”,- deyə aktyor əlavə edib.

Bir müddət əvvəl A. Kluni əri Corc Kluni tərəfindən maliyyələşdirilən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşma və insan haqlarının müdafiəsi ilə bağlı proqramda iştirak etdiyini bildirib.

Xatırladaq ki, Amal Kluni Ermənsitanın maraqlarını Evropa məhkəməsində  “Doğu Perinçek  İsveçrəyə qarşı”adlı məhkəmə işində də müdafiə edib.

“İsveçrə -Ermənistan” assosiasiyası türk jurnalist Perinçekin erməni soyqırımını qəbul etmədiyinə görə günahkar olduğunu  sübut etməyə çalışırdı.

Amal Kluni 3-cü tərəf (Ermənistanın) Ermənistanın təmsilçisi kimi bu hadisəyə qarşı çıxanları ikiüzlülükdə iddiham edib.

“Ermənilərin bir il bundan əvvəl məruz qaldığı soyqırımın real olduğuna şübhə etmək olmaz,-Kluni deyib,- Ermənistan məhkəmədə öz sözünü deməlidir. Dərəcələr hələ heç vaxt bu qədər yüksək olmamışdı”.

Vəkil onu da deyib ki, Prinçekin “söz azadlığı” terminindən istifadə etməsi fanatizmdir. Kluninin sözlərinə görə Türkiyənin özündə bu demokratik prinsip fəaliyyət göstərmir.

Həmin məhkəmə işi müəyyən fasiələlərlə 10 il davam etdi. 2005-ci ildə Türk fəhlə partiyasının lideri Doğu Perinçek İsveçrədə bir neçə konfransda iştirak edib və  Osmanlı imperiyası dövründə “erməni soyqırımının” baş verməsi fikrini “beynəlxalq yalan” adlandırıb.

Bundan sonra “İsveçrə- Ermənistan” assosiasiyası türkiyəli siyasətçiyə qarşı məhkəmə iddiası qaldırdı. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi ayrıseçkiliyə görə günahkar bildi. Lakin o, qərarla bağlı Avropa məhkəməsinə şikayət verərək İsveçi insanın  söz azadlığı hüququnu məhdudlaşdırmaqda günahlandı.

2013-cü ildə Avropa Məhkəməsi şikayəti qəbul etdi. İsveçrə bu qərarla bağlı 2014-cü idə məhkəməyə müraciət edib.

Nəticədə son məhkəmə iclasında D Periçekin xeyrinə qərar qəbul olundu. Dünya erməniləri isə növbəti dəfə məğlubiyyətin dadını öyrəndi.

Amal Kluni ( qızlıq soyadı Alamuddin) Oksford Universitetini və Nyu-Yorkda  Hüquq məktəbini bitirib. 2011-ci ildə o,  WikiLeaks-ın təsisçisi Culian Assanjın vəkili olub. Daha əvvəl Kluni həmçinin BMT baş katibinin xüsusi nümayəndəsinin Suriya məsələsi üzrə məsləhətçisi olub.

52 yaşlı Corc Kluni və 36 yaşlı Amal Alamuddin 27 sentyabr 2014-cü il tarixində evləniblər.

 1news.az

 

 

Paylaş:
2589

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər