Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib

13:08 - 27 / 04 / 2016
Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda cəbhəyə yaxın ərazilərində yerləşən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib.

Çərşənbə günü, aprelin 27-də erməni separatçılarının Müdafiə Nazirliyi faktiki olaraq təsdiq edib ki, erməni SQ-nın əsas məqsədi yaşayış məntəqələrinin yerləşdiyi ərazilərə hücum etməkdir.

Bununla belə, onlar bu hücumlara bəraət qazandırmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin ünvanına ittiham yağdırıblar: “guya ki, Azərbaycan SQ-nın hərbi texnikası yaşayış məntəqələrində yerləşir, onlar dinc sakinlərinin arxasında gizlənərək, bununla da sakinləri canlı hədəfə çevirirlər”.

Həmçinin erməni tərəfi Azərbaycanı 5 aprel tarixində atəşkəs rejimini pozmaqda günahlandırır.

“Yaranmış vəziyyətdən çıxış edərək tanınmamış Dağlıq Qarabağın Müdafiə Nazirliyi düşmənə məsləhət görür ki, atəşkəs rejiminə əməl etsin və dinc sakinlərin əhatəsində atəş nöqtələrini yerləşdirməklə onları hədəfə çevirməsin. Əks halda bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyi daşıyacaq” – bu haqda separatçıların yaşayış məntəqələrinə hücumunun davam edəcəyilə bağlı yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, erməni işğalçı qüvvələri məqsədli olaraq cəbhəyanı ərazilərdə yerləşən yaşayış məntəqələrinə hücum edir.

Məhz dinc sakinlərin evlərinə edilən kütləvi atəş Azərbaycan Ordusunun aprelin əvvəlində cavab əməliyyatı olaraq güclü hücumuna səbəb olub.

Nəticədə Azərvbaycan Ordusu gərgin döyüşlər nəticəsində yaşayış məntəqələri və strateji cəhətdən əhəmiyyətli yüksəkliklər üzərində nəzarəti ələ keçirib. Erməni işğalçı qüvvələri bir neçə onillikdir ki, bu ərazilərdə möhkəmlənməyə çalışırdılar.

Bir sıra beynəlxalq ekspertlərin fikrincə, aprelin əvvəlində baş verən döyüşlər yalnız status-kvonu deyil, həmçnin Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusunun sərəncamında olan köhnə texnika üzərində üstünlüyünü nümayiş etdirdi.

Hərbi əməliyyatların yekunu olaraq Azərbaycan aprelin əvvəlində təkzibedilməz sübutlar təqdim etdi ki, məhz Ermənistan münaqişənin artmasına təhrik edir. Həmçinin erməni silahlı qüvvələrini yaşayış məntəqələrinə kütləvi hücumu ilə bağlı sübutları da təqdim edib.

Faktla əlaqədar Azərbaycan hüquq-müdafiə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Səlahiyyətli hərbi ekspertlərin fikrincə, Ermənistan tərəfindən təmas xəttində gərginliyin artması təsadüfü hal deyil, bu, İrəvanın hərbi strategiyasının dəyişməsi ilə bağlıdır.

Bu haqda 1news.az-a eksklüziv məqalə yazan general-leytenant Çingiz Məmmədovun “Ermənistanın yeni hərbi strategiyası olan “Deterrence system”- qorxutma yolu ilə qarşısını almaqla” bağlı məqaləsində yer alıb. 

General-leytenant Məmmədov xatırladıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi əraziləri “təhlükəsizlik çənbəri” adlandırıb. Lakin indi bu ərazilər İrəvana yetmir. Məhz buna görə də, Ermənistan Dağlıq Qarabağ ətrafını genişləndirmək istəyir.

Müəllif aydınlaşdırır ki, İrəvan istəyinə çata bilməyəcək. Çünki müvafiq strategiyanın həyata keçməsi üçün silahlandırmaya ciddi üstünlük verilməlidir. Əksinə, Azərbaycanın silah-sursatı nəinki erməniləri, hətta əks hücum üçün kifayət edər. Bunu da Azərbaycan aprelin əvvəlində nümayiş etdirdi.

Xatırladaq ki, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu zamanı ermənilər yenidən yaşayış məntəqələrinə hücum edib.

Belə ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Vəziyyətlə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Növbəti gün Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, təmas xəttində yaranmış vəziyyətlə əlaqədar bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rejimi daşıyır.

Mövzu ilə əlaqədar oxuyun:

Müdafiə Nazirliyi: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib

Ermənistanın yeni hərbi strategiyası olan “Deterrence system”- qorxutma yolu ilə qarşısını alma haqqında

Müdafiə naziri ön xətdə olub – FOTO

XİN sübutlar təqdim edib: 2 apreldə hücum edən tərəf Ermənistandır

Erməni silahlı birləşmələrinin törətdikləri təxribatla əlaqədar cinayət işi başlanılıb

1news.az

Paylaş:
4242

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər