Müdafiə Nazirliyi: Erməni tərəfinin Azərbaycan SQ-nın itkiləri ilə bağlı yaydığı audioyazı – saxtadır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Erməni tərəfinin Azərbaycan SQ-nın itkiləri ilə bağlı yaydığı audioyazı – saxtadır

14:37 - 27 / 04 / 2016
Müdafiə Nazirliyi: Erməni tərəfinin Azərbaycan SQ-nın itkiləri ilə bağlı yaydığı audioyazı – saxtadır

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin (SQ)  itkilərlə bağlı yaydığı telefon audioyazısına aydınlıq gətirib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfinin Azərbaycan Ordusunun itkilərlə bağlı yaydığı  audioyazı saxtadır.

“Artıq neçənci dəfədir ki, onlar bu cür audioyazı yayırlar. Hazırki audioyazı Ermənistan hərbi-kriminal rejiminin xəstə təxəyyülüdür”, - nazirlikdə bildirdilər. 

Həmçinin hərbi qurumda bildirildi ki,  Azərbaycan tərəfi heç bir itki verməyib və düşmənin yaydığı bu məlumat kökündən yalandır:

“Hazırda qoşunların təmas xəttində vəziyyət stabildir. Azərbaycan SQ əməliyyat şəraitinə tamamilə nəzarət edir”.

Qeyd edək ki, erməni KİV-i Azərbaycan Ordusunun guya böyük itkilərlə müşahidə olunan audioyazını yaymışdı.

Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.

Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər