Renessans Palace - iyunun 1-dən yeni qiymətlər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Renessans Palace - iyunun 1-dən yeni qiymətlər - FOTO

15:27 - 27 / 04 / 2016
Renessans Palace - iyunun 1-dən yeni qiymətlər - FOTO

“Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium-klass yaşayış kompleksində iyun ayının 1-dən etibarən 1m²  qiyməti 100 manat bahalaşacaq.

Qeyd edək ki, hal-hazırda yaşayış kompleksində 1m² qiyməti 1550 manatdan başlayır və bu qiymətlər 2014-cü ilin dekabr ayından dəyişməyib.

“AS Group İnvestment” Şirkətlər Qrupunun bu yaxınlarda hazırlayıb və yayımladığı məqalədə qeyd olunmuşdu ki, fevral ayında Bakıda 1m² mənzilin orta qiyməti 1332 manat təşkil etmişdir. Şübhəsiz ki, şəhər mərkəzi və ona yaxın ərazilərdə, premium-klass yaşayış komplekslərində qiymətlər fərqlidir. “AS Group İnvestment”-in Bakının mərkəzində və ona yaxın ərazilərdə yerləşən 14 yaşayış kompleksində apardığı ekspress-araşdırmaya əsasən yanvar-fevral aylarında 1m² orta qiyməti 7,1% bahalaşaraq 1730 manat təşkil edib.

Sərfəli qiymətlərlə yanaşı olaraq “Renessans Palace” rahat satış şərtləri təklif edir. Mənzilin tam dəyərini ödəyən qiymət endirimləri əldə edir. 2 illik faizsiz daxili kreditin ilkin ödənişi minimum 30%-dir, mənzilin qiymətinin yerdə qalan hissəsi 24 aya bölünür. Ən nəhayət 20 illik ipoteka zamanı ilkin ödəniş – 10%, illik faiz dərəcəsi – 8% (effektiv – 4,5%) təşkil edir.   

Sual yarana bilər ki, “Renessans Palace” yaşayış kompleksi bu qiymət və şərtlərlə nə təklif edir? “Avtomobilsiz həyət” konsepsiyası kompleksin həyətində nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Avtomobillər xüsusi girişdən birbaşa üçmərtəbəli yeraltı dayanacağa daxil olacaq. Beləliklə, “avtomobilsiz həyət” konsepsiyası sayəsində 1,5 ha sahəsi olan həyət və park sakinlərin sərəncamına veriləcək. Tennis kortu, basketbol meydançası, idman qurğuları, qaçış və velosiped yolları kompleksin həyətində idmanla məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Ekzotik ağaclar, yaşıllıqlar, güllər və süni göl səs-küylü meqapolisin tam mərkəzində canlı təbiət abu havasını yaradacaq. Yaşayış binalarının 1 və 2-ci mərtəbələrində fitness və SPA mərkəzləri, uşaq bağçası, restoran və digər obyektlər yerləşəcək.

Beləliklə, “Renessans Palace”-ın təqdim etdiyi zəngin infrastruktur, rahat yerləşmə və yüksək keyfiyyətə 1 iyunadək çox sərfəli qiymətlərlə sahib ola bilərsiniz.

Paylaş:
14147

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər