Mehriban Əliyeva: “Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq” | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva: “Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq”

15:54 - 27 / 04 / 2016
Mehriban Əliyeva: “Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq”

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forum çərçivəsində keçirilən “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasın açılışında Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib.

1news.az xəbər verir ki, M. Əliyeva forumun dialoqa, qarşılıqlı anlaşmanı gücləndirəcəyinə töhfə verəcəyinə inandığını bildirib. O deyib ki, bəzi hallarda insanların cəmiyyətlərdən təcrid olunması müşahidə edilir: “İnsanların adaptasiyası müxtəlif cəmiyyətlərdə fərqli yollar tələb edir. Bu gün mən sizinlə ölkəmizin təcrübəsini bölüşmək istəyirəm. Biz 25 illik müstəqillik dövrü keçmişik. İqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişik. Elm və mədəniyyət sahəsində islahatlar aparılıb. Bu irəliləyiş tariximizin bu dövründə xalqımızın üzləşdiyi böyük çətinliklərə baxmayaraq, əldə edilib. SSRİ-nin süqutundan sonra ölkə böyük iqtisadi-sosial çətinliklərlə üzləşdi, torpaqlarımızın bir hissəsi işğal olundu. Ermənistanın işğalı nəticəsində 900 məntəqə, 693 məktəb, 975 bağça, 695 xəstəxana dağıdılıb, 40 mindən artıq unikal muzey materiallarını itirmişik. Azərbaycana vurulan zərbəni təsəvvür etmək çətindir. Həmin çətin anlarda bizimlə birlikdə olmuş BMT qurumlarına təşəkkür edirəm”.

M. Əliyeva BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: “Həmin dövrdə 7 milyon əhalisi olan və resursları olmayan ölkə 1 milyon qaçqın və məcburi köçkün problemini həll etməli idi. Biz ən vacib zənginliyimizi qoruyub saxladıq, bu da insan kapitalı idi. Hətta qaçqın düşərgələrində musiqi məktəbləri fəaliyyətini davam etdirirdi. Rastropoviç 1990-cı illərdə Azərbaycana səfər edir, qaçqın və məcburi köçkün uşaqlar üçün ustad dərsləri təşkil edirdi. Məktəblərdə dərs gedir, xəstəxanalar fəaliyyət göstərirdi. Bu, ən yaxşı sosial adaptasiya üsulları idi. Biz bütün çadır düşərgələrini ləğv etdik, qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələr yaratdıq. Gənc nəsil müasir təhsilə də çıxış əldə edib. Amma bu, müvəqqəti müalicədir, çünki insan qaçqındırsa, heç bir şərait doğma yeri əvəz edə bilməz. Bu problemin həllini tapması, işğal olunmuş torpaqların azad edilməsi, insanların evlərinə qayıtması lazımdır. Qaçqın və məcburi köçkünlər nəinki fiziki itkilərə məruz qalırlar, qəlbləri mənəvi zərbələrə də məruz qalır. Dünyada yeni münaqişələrin yaranmamasına çalışmalıyıq. Mərhəmət insan əzab-əziyyətinin aradan qaldırılmasında real vasitə olmalıdır”.

M. Əliyeva Heylər Əliyev Fondunun layihələrindən də danışıb: “Biz 2005-ci ildə məktəblərin əsaslı təmirinə başladıq və QHT, dövlət və şirkətlər arasında yaxşı əməkdaşlıq modeli yaratdıq. Nəticədə bu

gün mövcud olan 5 min məktəbdən 3 mini əsaslı təmir olundu. Digər tərəfdən, Heydər Əliyev Fondu bütün vətəndaşlar üçün bərabərlik imkanları gətirməyə çalışdı. Valideyn himayəsindən məhrum qalmış uşaqlar üçün binalar tikilib və onların sosial inteqrasiyasını təmin etmişik. Hazırda Azərbaycanda 570 min əlil var, onların 67 mini uşaqdır. Bu insanlar cəmiyyətə inteqrasiyada problemlə üzləşirlər. İnklüziv təhsil əlil uşaqların cəmiyyətə inteqrasiyasında çox mühümdür. Hazırda 366 əlil uşaq inklüziv təhsil alır. Kor uşaqların informasiya texnologiyalarına çıxışı çərçivəsində müasir İKT mərkəzi yaratmışıq. Oxşar layihəni Bosniya və Herseqovina paytaxtında da həyata keçirmişik. Heydər Əliyev Fondu Macarıstanda katolik kilsəsi üçün bina tikib. Həmçinin Romada qədim katakombaların təmirində iştirak etmişik. Heydər Əliyev Fondu Fransada da müqəddəs yerlərin bərpasında iştirak edir. Luvr muzeyində İslam Mədəniyyəti Mərkəzinin açılmasında iştirak etmişik”.

M. Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb: “Azərbaycanda müxtəlif dini icmalar tolerant şəkildə yaşayırlar. Ən mühüm nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində yüksək sosial tolerantlığın olmasıdır. Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq. Tanınmış alim Albert Şteyn deyib ki, hər hansı fərdin həyatı o zaman məna daşıyır ki, başqa bir canlının həyatını mənalı etsin”.

1news.az

Paylaş:
907

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər