Əbülfəs Qarayev İtaliyanın keçmiş təhsil naziri, sağlamlıq imkanları məhdud gənclərə dəstək təşkilatının sədrini qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev İtaliyanın keçmiş təhsil naziri, sağlamlıq imkanları məhdud gənclərə dəstək təşkilatının sədrini qəbul edib – FOTO

18:58 - 27 / 04 / 2016
Əbülfəs Qarayev İtaliyanın keçmiş təhsil naziri, sağlamlıq imkanları məhdud gənclərə dəstək təşkilatının sədrini qəbul edib – FOTO

Aprelin 27-də Konqres Mərkəzdə mədəniyyət və turizm naziri, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev İtaliyanın keçmiş təhsil naziri, Sağlamlıq imkanları məhdud gənclərə dəstək təşkilatının sədri xanım Letizia Morattini qəbul edib.

1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, görüş zamanı qonaq Foruma ev sahibliyə etdiyinə görə Azərbaycan hökümətinə öz təşəkkürünü bildirib.

Forumu  Azərbaycanın inkişaf və həyatsevərlik təzahürü, siyasi mədəniyyət axtarışlarının və xoş məramın təsdiqi olduğunu diqqətə çatdırıb. Dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçiləri, alimlər, ictimai-siyasi xadimlər, elm, mədəniyyət adamlarının bir araya gəlməsindən məmnunluğunu ifadə edib. Qonaq 3 gün ərzində Forumun müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrildiyini diqqətə çatdırıb.

Nazir Əbülfəs Qarayev İtaliya Azərbaycan mədəni əlaqələrindən söz açaraq ölkələr arasında ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində birgə layihələrin reallaşdırılması haqqında fikirlərini bölüşüb.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər