Xarici işlər naziri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides ilə görüşüb
Görüşdə təəssüflə qeyd edildi ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəli fəaliyyətinə mənfi təsir göstərir.
1news.az Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrasturukturuna dair məlumat verdi.
Baş katib Maykl Kristides bildirdi ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az