Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb
Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu artırıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bankın dərc etdiyi hesabatda bu il üzrə neftin orta qiymət proqnozu 37 dollar/barreldən 41 dollar/barrelə yüksəldilib. Proqnozun dəyişməsinə səbəb kimi dolların dünya valyuta bazarında zəifləməsi və qlobal iqtisadi situasiyanın yaxşılaşmasıdır.
Qeyd edək ki, bank aprelin əvvəlində nəşr etdiyi iqtisadi görünüş hesabatında isə bu il üçün neftin orta qiymət proqnozu 53 dollar/barreldən 37 dollar/barrelə endirmişdi. Hesabatda, həmçinin neftin orta qiymətinin bu il 30 dollar/barrel səviyyəsinə düşə biləcəyi də qeyd edilmişdi.
1news.az
526