Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında növbəti layihə imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında növbəti layihə imzalanıb - FOTO

13:40 - 28 / 04 / 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında növbəti layihə imzalanıb - FOTO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb.

1news.az-a nazirlyin mətbuat xidmətindən verilən məlumata görə, layihənin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf kursunun mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. Nazir hazırda respublikada işsizlik səviyyəsinin 5 faizdən bir qədər yuxarı, gənclər arasında isə təqribən 10 faiz təşkil etdiyini bildirib.

S.Müslümov vurğulayıb ki, gənclər arasında məşğulluq səviyyəsinin artırılması yönündə həyata keçirilən aktiv məşğulluq tədbirlərinin təşkilində qabaqcıl beynəlxalq təcrübədən irəli gələn innovativ yanaşmaların tətbiqi də diqqətdə saxlanılır: “Bu sahədə BMT İnkişaf Proqramı ilə birgə son illərdə icra olunmuş “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi xüsusi önəm kəsb edir. Layihə yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədinə yönəlib. BMT İnkişaf Proqramının və Norveçin SYSLAB şirkətinin dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt və  Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb”.

Həmin mərkəzlərdə ilk dəfə işaxtaran ali təhsilli gənclərdən ibarət ümumilikdə 452 nəfər şəxsə təlimlər keçildiyini qeyd edən nazir bildirib ki, təlimlər zamanı onlarda müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqları formalaşdırılıb: “Nəticədə həmin gənclərdən 358 nəfəri və ya 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar və həmin layihə uğurla nəticələnib. BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark 2014-cü ilin oktyabrında ölkəmizdə səfərdə olarkən onunla keçirilən görüşdə bu layihə çərçivəsində əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsi qərara alınıb. Beləliklə, BMT İnkişaf Proqramı ilə ümumi razılıq əsasında hazırda növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanır”.

SYSLAB konsepsiyasının müasir işaxtarma metodlarını, sahibkarlıq, sistemli biznes,  ofis bacarıqlarının inkişafı və s. kimi sahələri əhatə etdiyini bildirən S.Müslümov layihənin Azərbaycanda innovasiyanın təşviqi, işsizlik səviyyəsinin azaldılması və texnologiyaya əsaslanan kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcəyini diqqətə çatdırıb: “2017-ci ilin sonuna qədər davam edəcək bu layihə çərçivəsində Gəncə şəhərində və Masallı rayonunda SYSLAB metodologiyası üzrə təlim kursları təşkil olunacaq. Həmin şəhər və rayon üzrə Məşğulluq mərkəzlərində qeydiyyata alınmış işsiz şəxslər bu kurslara cəlb ediləcək və hər bir təlim kursu zamanı iştirakçıların xüsusi ehtiyacları üzrə onlara əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyalar da keçiriləcək. Layihə çərçivəsində digər müvafiq tədbirlərlə yanaşı, fərdi sahibkarlığa maraq göstərənlər üçün biznes fəaliyyətinin qurulması,  həmçinin hər bir qrup üçün MS Office proqramları üzrə təlim kurslarının, Məşğulluq mərkəzlərinin işçi heyəti üçün Syslab metodologiyası üzrə qısa təlimin təşkil edilməsi də nəzərdə tutulur”.  

S.Müslümov BMT İnkişaf Proqramı tərəfindən hazırlanan bu layihə sənədinə əsasən, layihəyə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyə dəstəyinin veriləcəyini qeyd edib, yeni layihənin gözlənilən nəticələri verəcəyinə əminliyini ifadə edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətli iş sahələrində davam etdirilməsinin təqdirəlayiq olduğunu, imzalanan layihənin gənclərin əmək bazarına daxil olmaları, karyera imkanları qazanmaları üçün yeni imkanlar açacağını vurğulayıb.

Daha sonra S.Müslümov və Q.İsakzai yeni SYSLAB layihəsini imzalayıblar. Tədbirdə layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

1news.az

Paylaş:
974

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər