VII Qlobal Forum iştirakçıları üçün “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsert təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

VII Qlobal Forum iştirakçıları üçün “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsert təşkil olunub

10:25 - 28 / 04 / 2016
VII Qlobal Forum iştirakçıları üçün “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsert təşkil olunub

Heydər Əliyev Sarayında “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub.

1news.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış ediblər.

Konserti Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Cüzeppe Verdinin “Nabukko” operasından xorun ifası ilə açıb. İrakli Kaxidzenin ifasında Qaetano Donitsettinin “Məhəbbət içkisi” operasından romans səslənib. Rumın vokalçısı İrina İonesku Motsartın “Sehrli fleyta” operasından ariya ifa edib. Konsertdə Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin, Qara Qarayevin, A.Borodinin, J.Bizenin və L.Bethovenin əsərləri ifa olunub.

Qala-konsertdə Türkiyənin “Mehtər” orkestri, ukraynalı vokalçı Vyaçeslav Bazir, aşıqlar qrupu da çıxış edib.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər